...

Qoşunların təmas xəttində monitorinq insidentsiz keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2006 17:12 (UTC +04:00)

Mayın 23-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz keçib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Xocavənd rayonunun Kuropatkino yaxınlığındakı təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Piter Ki keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Harri Eronen və Jiri Aberle keçirib.

Xəbər lenti

Xəbər lenti