...

Paris Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlərə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 May 2006 15:19 (UTC +04:00)

Vaşinqton və Moskva ilə yanaşı Paris də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində irəliləyişlərə ümid edir.

Trend in xəbər verdiyi kimi, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin prezident İlham Əliyevin Parisə səfəri ilə əlaqədar verdiyi məlumatda deyilir.

Səfirlikdən bildirilib ki, səfər proqramına Fransa prezidenti Jak Şirak və Senatın spikeri Kristian Ponsele ilə danışıqlar daxil edilib. Bundan başqa danışıqların gündəliyində beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi də də öz əksini tapıb. Səfirlikdən qeyd olunub ki, fevralın 10-11-də Azərbaycan və Ermənistan prezidentləri Rambuyedə danışıqlar aparıb. Bundan sonra Fransa iyunun əvvəlində dövlət başçılarının növbəti görüşünü təşkil etmək üçün ATƏT MQ-nin digər həmsədrləri ilə birlikdə münaqişə tərəfləri ilə əlaqələri intensivləşdirib. Məhz bu məqsədlə həmsədr ölkələrin XİN-in yüksək vəzifəli şəxsləri və həmsədrlər mayın sonunda Bakı və İrəvana səfər edib.

Xəbər lenti

Xəbər lenti