...

Sergey İvanov: Dağlıq Qarabağ münaqişəsinin xaricdən qəbul etdirilmiş istənilən nizamlanma sxemi çox təhlükəlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2006 15:33 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin xaricdən qəbul etdirilmiş istənilən nizamlanma sxemi nəinki məhsuldar deyil, hətta çox təhlükəlidir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, mayın 31-də Bakıda keçirilən mətbuat konfransında Rusiyanın müdafiə naziri, baş nazir müavini Sergey İvanov MDB müdafiə nazirlərinin Azərbaycandakı iclasının yekurlarını şərh edərkən bildirib.

"Son nizamlama sxemi ilk növbədə hər iki tərəfin - Azərbaycan və Ermənistanın razılığana əsaslanmalıdır və bu razılıq əldə olunarsa, təbii ki, zəmanətçi dövlətlər onun icrası üzrə istənilən təklifləri irəli sürəcək" - deyə S.İvanov vurğulayıb.

O qeyd edib ki, Rusiya dəfələrdə Dağlıq Qarabağ problemi ilə əlaqədar fikrini bildirib. "Moskva bu münaqişənin sülh yolu ilə həllinin lehinədir. ABŞ və Fransa ilə yanaşı Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədridir. Mən bilirəm ki, bu qrup çərçivəsində Azərbacyan və Ermənistan nümayəndələri arasında müntəzəm olaraq əlaqə saxlanılır" - deyə nazir əlavə edib.

"Son zamanlar mən irəliləyişin olub-olmamasını deyə bilmərəm, ancaq hesab edirəm ki, bu , yeganə düzgün yoldur" - deyə Rusiya müdafiə naziri bildirib.

Xəbər lenti

Xəbər lenti