...

Qoşunların təmas xəttində monitoinq insidentsiz keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2006 17:02 (UTC +04:00)

İyunun 6-da ATƏT-tin hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Tərtərin Qapanlı kəndi yaxınlığındakı təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski, İmre Palatinus və Piter Ki keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Harri Eronen və Jiri Aberle keçiriblər.

Xəbər lenti

Xəbər lenti