...

Rəfael Hüseynov: "Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan ekologiyasına vurulan ziyanla bağlı AŞPA-nın komitəsində məlumat verəcəyəm"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2006 15:22 (UTC +04:00)

İyunun 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ətraf mühit və ekologiya komitəsinin toplantısı keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Millət vəkili bildirib ki, komitənin iclasında meşələrin, dəniz sahillərinin ekologiyası, nüvə tullantılarının mühitə zərəri problemləri və digər məsələlər müzakirə olunacaq. R.Hüseynov onu da vurğulayıb ki, müzakirə olunacaq məsələlərlə bağlı o, da öz fikirlərini bildirəcək: "Düzdür, Azərbaycanla bağlı bu iclasda heç bir məsələ müzakirə olunmayacaq, amma müzakirə olunacaq məsələlərin Azərbaycana aidiyyatı var".

R.Hüseynov onu da bildirib ki, Azərbaycan ekologiyasına qarşı Ermənistanın apardığı işğalçı siyasət nəticəsində vurulan ziyan barədə toplantı iştirakçılarını ətraflı surətdə məlumatlandıracaq.

Xəbər lenti

Xəbər lenti