...

Nəzarətdə olan ərazilərin Azərbaycana qaytarılması məsələsi kompleks şəkildə müzakirə olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2006 12:41 (UTC +04:00)

Nəzarətdə olan ərazilərin Azərbaycana qaytarılma məsələsi kompleks şəkildə müzakirə olunmalıdır. Bu barədə Ermənistan xarici işlər naziri Vardan Oskanyan Ermənistanın "Kentron" telekanalına verdiyi müsahibəsində deyib.

V.Oskanyan deyib: "Bu məsələni kompleks şəklində müzakirə etmək lazımdır. Paket çoxsaylı elementlərdən ibarətdir və biz verdiyimiz və əldə etdiyimiz hər şeydə düzgün balansı və tarazlığı tapmalıyıq".

Nazir bildirib: "Dağlıq Qarabağın öz müqəddaratını təyin etmə hüququ konkretləşdirilməyənədək və öz qəti təsdiqini tapmayanadək, mən demək istəmirəm ki, erməni tərəfi hər-hansı ərazini verməyə hazırdır. Bu məsələni ümumi paketdə gözdən keçirmək lazımdır".

Trend in ARKA-ya əsasən məlumat verdiyi kimi, onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ xalqının müqəddaratını təyin etmə hüququnu təsdiq etməsinə cavab olaraq, erməni tərəfi ciddi kompromislərə getməyə və Azərbaycanla ərazi məsələsini müzakirə etməyə hazırdır.

V.Oskanyan qeyd edib: "Bizim bu prosesdə irəli getməyimiz üçün Azərbaycan da ən azı Dağlıq Qarabağ xalqının öz müqəddaratını təyin etmə hüqüqunu təsdiq etməyə hazır olmalıdır".

Xəbər lenti

Xəbər lenti