...

Novruz Məmmədov: Dağlıq Qarabağ probleminin nizamlanması üçün sülh danışıqlarına alternativ yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2006 18:32 (UTC +04:00)

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqları davam etdirmək lazımdır və buna başqa alternativ yoxdur. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Apparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv olaraq bildirib.

"Hesab edirəm ki, Ermənistan tərəfi konstruktiv olmayıb, münaqişədən müəyyən məqsədlər üçün istifadə etsə də, gec və ya tez anlayacaq ki, düzgün addım atmaq lazımdır və münaqişənin yeganə həlli sülh yoludur" - deyə o qeyd edib. "Fikirləşirəm ki, buna alternativ yoxdur. Ermənistan rəhbərliyi və xalqı bunu anlamalıdır. Ona görə nə qədər ki, bu gün və sabah imkan var, danışıqları davam etdirmək lazımdır" - deyə N.Məmmədov əlavə edib.

Qeyd edək ki, iyunun 13-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağın nizamlanması üzrə bir günlük danışıqlar raundu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti