...

VHP-nin işğal altında olan rayon təşkilatları beynəlxalq qurumlara müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2006 16:00 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ağdam, Şuşa, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Füzuli və Xocavənd rayon təşkilatları beynalxalq qurumlara müraciət edib. Bu barədə Trend ə VHP mətbuat xidmətindhən bildiriblər.

Müraciətə səbəb son günlər erməni təcavüzkarlarının işğal etdikləri Azərbaycan ərazilərində təbiətə qarşı törətdiyi soyqırım, vəhşilik və insanlığa sığmayan vandalizm hərəkətləri olub. Müraciətdə bildirilib ki, işğal altında olan Azərbaycan torpaqlarının ermənilər tərəfindən yandırılması yalnız kənd təsərrüfatını deyil eyni zamanda tarixi abidələri, qədim qəbristanlıqları, flora və faunanı kökündən məhf etməkdir. Ermənilərin Azərbaycan təbiətinə qarşı bu düşünülmüş planı soyqırım siyasəti təkcə Azərbaycanı deyil bütün dünya ictimayyətini narahat etməlidir.

VHP-nin ermənilər tərəfindən işğal olunan rayon təşkilatları Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti və başqa beynəlxalq qurumlardan tələb edir ki, erməni işğalçılarının Azərbaycan təbiətinə qarşı törətdiyi bu məhvetmə-soyqırım aktına qiymət verilsin, həmin ərazilərdə insan haqlarının, beynəlxalq hüquq normaların bərpa olması üçün təcili tədbirlər görülsün.

Xəbər lenti

Xəbər lenti