...

Rəfael Hüseynov: "Ermənistan müharibədə uduzduğunu artıq başa düşüb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2006 18:46 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində təbiətə vurduqları ziyanla bağlı 8 sənəd hazırlayıb. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

R.Hüseynov qeyd edib ki, ermənilər tərəfindən 15 il bundan öncə işğal edilən Azərbaycan ərazilərində sular zəhərlənib, meşələr talan edilib, yandırılıb, ərazilərdə nüvə tullantıları basdırılıb, təhlükəli laboratoriyalar açılıb: "Ermənilərin Azərbaycanın genofonduna zərbə vurma siyasəti hərbi təcavüzü ilə bərabər tutulmalıdır".

Millət vəkili onu da bildirib ki, ermənilər müharibəni uduzduqlarını artıq başa düşüb: "Baxmayaraq ki, müəyyən qüvvələrin köməyi ilə ərazilərin müəyyən hissəsi onların nəzarətindədir. Ermənilər müharibədə uduzduqlarını başa düşdüklərindən belə vandalizm aktları törətməklə müxtəlif təxribatlara yol verir, sülh danışıqlarına maneçilik göstərirlər. Ancaq bunların heç bir mənası yoxdur".

R.Hüseynov qeyd edib ki, əgər ermənilər belə vandalizm aktlarını davam etdirirlərsə, onların cavabı dərhal verilməlidir: "Avropa Şurasında bu məsələni vaxtında qaldırmağımız və bu məsələdə dəstəklənməyimiz erməniləri növbəti iyrənc addımlarından çəkinməyə məcbur edəcək".

Xəbər lenti

Xəbər lenti