...

"Qarabağ: faktlar və nəticələr" kitabı İKT-nın Bakıda keçirilən 33-cü sessiyasının iştirakçılarına paylanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2006 18:50 (UTC +04:00)

İyunun 19-da Bakıda Trend agentliyinin məlumatına əsasən, İslam Konfransı Təşkilatında (İKT) üzv statusuna malik Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumu tərəfindən hazırlanmış "Qarabağ: faktlar və nəticələr" kitabının təqdimat mərasimi keçirilib.

Bu kitab "İslam ölkələrində humanitar faciələr və problemlər" seriyasından olan ilk nəşrdir və bu gün İKT-nin 33-cü sessiyası iştirakçılarına paylanıb.

Təqdimat mərasimində çıxış etmiş forumun baş katibi Elşad İsgəndərov islam ictimaiyyətinin İKT ölkələrinin problemlərindən kifayət qədər məlumatlı olmamasına təəsüf edib. Onun sözlərinə görə, bu, geniş kütlə üçün nəzərdə tutulmuş, 5 rubrikadan idarət və ərəbcə çıxan ilk nəşrdir. Kitabda Ermənistanın Azərbaycana qarşı təcavüz tarixi və bunun nəticələri əks olunub. Müəlliflər arxiv materiallardan istifadə ediblər ki, bu da erməni terrorunun iç üzünü əyani şəkildə göstərməyə imkan verib.

Qeyd edək ki, bu forum 2004-cü ilin dekabrında Bakı şəhərində təşkil olunub və İKT ölkələrinin 35 gənclər qeyri-hökumət təşkilatlarını özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti