...

Azərbaycan XİN: Dağlıq Qarabağ nümayəndə heyətinin ABŞ-a səfəri Vaşinqtonun Ermənistan-Azərbaycan münaqişəsinə münasibətini dəyişməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2006 15:33 (UTC +04:00)

Dağlıq Qarabağın erməni nümayəndə heyətinin ABŞ-a səfəri Vaşinqtonun Ermənistan-Azərbaycan münaqişəsinə münasibətini dəyişməyəcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə xəbər verib.

Qeyd edək ki, iyunun 23-30-da qondarma Dağlıq Qarabağ Respublikasının "parlamentin spikeri" və "xarici işlər naziri" Boston, Nyu-York və Vaşinqtona səfər edəcək. Missiyanın Corc Buş administrasiyasının nümayəndələri, Konqresin üzvləri və erməni icması ilə görüşü nəzərdə tutulub.

T.Tağızadənin sözlərinə görə, Kapitoliyada adətən belə nümayəndə heyətləri Frank Pallone kimi ermənipərəst konqresmenlərlə görüşür. Administrasiyaya gəldikdə, onlar qeyri-rəsmi şəraitdə ATƏT Minsk Qrupunun Amerikalı həmsədrləri, danışıqlar aparmaq mandatına malik şəxslə görüşür.

"Amerika tərəfi dəfələrlə bizi inandırıb ki, ABŞ siyasətində belə görüşlər işguzar xarakter daşıyır və rəsmi görüş kimi nəzərdən keçirilmir. Belə görüşlər ABŞ administrasiyasının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasısı üzrə siyasətində əks olunmur" - deyə T.Tağızadə bildirib.

Xəbər lenti

Xəbər lenti