...

Qənirə Paşayeva: "Dağlıq Qarabağ üzrə Alt Komitənin sədri Rassel Consonun da oktyabrda bölgəyə səfəri gözlənilir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2006 18:40 (UTC +04:00)

AŞPA-da yaradlılan Dağlıq Qarabağ üzrə Alt Komiənin müvəqqəti komissiyasının üzvləri oktyabrda bölgəyə səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, bu barədə razılıq iyunun 28-də AŞPA-nın yay sessiyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndə heyəti rəhbərləri Tiqran Torasyan və Səməd Seyidovun Alt Komitənin sədri lord Rassel Consonun iştirakı ilə keçirdikləri görüşdə əldə olunub.

Q.Paşayeva onu da vurğulayıb ki, Alt Komitənin üzvləri Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda olacaqlar: "Ola bilər ki, Rassel Consonun özü də bölgəyə səfər etsin".

Xəbər lenti

Xəbər lenti