...

İyunda Azərbaycanın 2 mln m2-dən çox ərazisi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2006 12:46 (UTC +04:00)

2006-cı ilin iyununda Azərbaycanın 2 401 481 m2 ərazisi minalardan təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend ə verilən məlumata görə, bu dövr ərzində 4775 mina və partlamamış döyüş sursatı (RHS) aşkar olunub və zərərsizləşdirilib.

Təmizləmə əməliyyatlarına 22 mina axtaran it, 138 istehkamçı, 15 RHS operatoru, 8 təcili yardım həkimi və 100-dək köməkçi işçi cəlb olunub.

ANAMA-nın fəaliyyəti ərzində Azərbaycanda 29,700,729 m2 ərazi təmizlənib.

Aşkar edilərək zərərsizləşdirilmiş mina və RHS-in sayı 22,681 ədəd təşkil edir.

2001-ci ilin sentyabrından başlayaraq baş vermiş 77 mina partlayışı nəticəsində 48 nəfər həlak olub, 108 nəfər müxtəlif xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti