...

XİN başçısı: Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2006 13:26 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi və beynəlxalq hüquqi norma və prinsiplər çərçivəsində həll oluna bilər. Trend in Azərbaycan XİN-in mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Britaniya parlamentinin Lordlar palatasının üzvü Baronessa O'Koxoyn (Baroness O'Cathain, Detta O'Cathain) ilə görüşdə bildirib.

Nazir vurğulayıb ki, erməni lobbisi tərəfindən məqsədyönlü şəkildə aparılan böhtan xarakterli təbliğat münaqişənin nizamlanması üçün danışıqlar prosesinə mənfi təsir göstərir.

Görüşdə qloballaşdırma məsələləri, bölgədə həyata keçirilən iqtisadi layihələr, beynəlxalq terrorizmlə mübarizə və b. məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti