...

Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində monitorinq keçirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2006 12:38 (UTC +04:00)

Dekabrın 4-də Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində monitorinq başlanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilir.

Monitorinqi təmas xəttinin Azərbaycan tərəfində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant İmre Palatinus və Günter Folk, qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Miroslav Vimetal və Jaslan Nurtazin keçirir.

Xəbər lenti

Xəbər lenti