...

Azərbaycan XİN başçısı ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşlər keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2006 18:11 (UTC +04:00)

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Avstriyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Hans Vinkler, İspaniyanın xarici işlər naziri Migel Angel Mortinos, Lüksemburqun baş nazir müavini, xarici işlər naziri Jan Aselborn, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Cef Hounla görüşlər keçirib.

T.Tağızadə əlavə edib ki, bu gün Azərbaycanın XİN başçısı ATƏT-in mətbuat məsələləri üzrə nümayəndəsi Mikloş Haraşti, Estoniyanın xarici işlər naziri Urmas Paet, Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Peter Semnebi, ABŞ dövlət katibinin müavini Deniel Frid, ATƏT -in baş katibi Mark Peren De Bryuşanbo ilə danışıqlar aparacaq.

O həmçinin qeyd edib ki, bu günə E.Məmmədyarovun GUAM ölkələri XİN başçılarının görüşündə iştirakı təyin olunub. Görüşdə GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın xarici işlər nazirləri dekabrın 7-də BMT BA-da onların "dondurulmuş münaqişələr" haqqında təşəbbüsünün müzakirəsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti