...

Türkiyə ümid edir ki, 2007-ci il Dağlıq Qarabağ münaqişəsi tarixində həll ili olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2006 14:42 (UTC +04:00)

Trend in verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Rafet Akgünay ATƏT nazirlərinin Brüsseldə keçirilən görüşündə çıxış edərkən bilidirib.

O vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin Vyanada keçirilən son brifinqində Azərbaycanla Ermənistan arasında davam edən və mükəmməlləşən dialoqla bağlı Türkiyə çox məmnundur.

R.Akgünay bildirib: "Biz öz optimizmimizi bildirməyə çox şadıq, amma müəyyən ehtiyatlarımız da var, bu münaqişə tarixində siyasi həll perspektivləri heç vaxt bu qədər yaxın olmayıb. Biz ümid edirik ki, 2007-ci il tarixdə münaqişənin həlli ili olacaq".

Xəbər lenti

Xəbər lenti