...

Ermənistan XİN başçısının müavini: "NATO Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi prosesinə müsbət təsir göstərə bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2006 16:04 (UTC +04:00)

NATO Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi prosesinə müsbət təsir göstərə bilər. Bu fikri Ermənistan xarici işlər nazirinin müavini Arman Kirakosyan cümə günü Yerevanda işə başlamış "Ermənistan-NATO: əməkdaşlığın yeni gündəliyi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O qeyd edib: "Baxmayaraq ki, Alyans heç vaxt Dağlıq Qarabağdakı münaqişənin tərəflərinə təsir göstərməyib, biz istisna etmirik ki, Cənubi Qafqaz ölkələri ilə həmin strukturun əməkdaşlığı nəticəsində münaqişədə olan tərəflər münaqişənin tənzimlənməsinə daha tez nail ola bilərlər". A.Kirakosyanın sözlərinə görə, Ermənistan NATO ilə əməkdaşlığın səmərəli şəkildə inkişafı üçün öz tərəfindən bütün addımları atır. Bu məlumatı Trend Ermənistan-Xəbərlərinə istinadən çatdırır.

A.Kirakosyan əlavə edib: "Biz Alyans nümayəndələri ilə daim müxtəlif səviyyəli məsləhətləşmələr aparırıq və Ermənistan NATO ilə əməkdaşlıq dərəcəsini daha da artırmaq cəhdlərini davam etdirəcək".

Xəbər lenti

Xəbər lenti