...

Azərbaycan XİN başçısının müavini: "Əsas ziddiyyət Ermənistanın öz işğalçı mövqeyindən çəkilməməsidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2006 20:55 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bəzi məsələlərə aydınlıq gətirilsə də, əsas siyasi ziddiyyət hələ də qalmaqdadır. Trend in ATV-yə istinadən verdiyi məlumata görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi Araz Əzimov bildirib.

A.Əzimovun sözlərinə görə, əsas ziddiyyət Ermənistanın öz işğalçı mövqeyindən çəkilməməsidir. "Bunun mahiyyəti ondan ibarətdir ki, Ermənsitan Azərbaycanın ərazilərinə, xüsusən Dağlıq Qarabağ regionuna iddialarından əl çəkməyib və təsdiq etməyib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına razıdır".

A.Əzimov deyib ki, danışıqların indiki mərhələsində bir suala aydınlıq gətirilməlidir: Ermənistan münaqişənin həllinə hazırdır, ya yox? "Ermənistan münaqişənin həlli ilə bağlı məlum prinsiplərin həyata keçirilməsinə hazırdır, ya yox? Daxili siyasi baxışlara və niyyətlərə görə prosesdən faktiki qaçmaq, prosesi dayandırmaq istəyir, yaxud niyyəti nədir? Rəsmi Bakı isə prezidentlərinin Minsk görüşündən sonra ünvanladığı suallara cavab gözləyir".

Xəbər lenti

Xəbər lenti