...

Avropa Birliyi hesab edir ki, Dağlıq Qarabağda "referendum"un keçirilməsi sülh yolu ilə nizamlanma üzrə konstruktiv səylərə yardım etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2006 17:19 (UTC +04:00)

Avropa Birliyi prezidentinin ofisi Dağlıq Qarabağdakı referenduma dair bəyanat verib. Bu barədə Trend xəbər verir.

Avropa Birliyi dekabrın 10-da Dağlıq Qarabağda baş tutmuş "referendum"a öz münasibətini bildirib. Avropa Birliyi bildirib ki, həm "referendum"un yekunlarını, həm də Dağlıq Qarabağın müstəqilliyini tanımır.

"Avropa Birliyi təkrar edir ki, ATƏT-in Minsk qrupunu və onların Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini qətiyyətlə dəstəkləyir. Avropa Birliyi hesab edir ki, bu cür referendumun keçirilməsi və danışıqların yekunlarının qabaqcadan müəyyən edilməsi sülh yolu ilə nizamlanma üzrə konstruktiv səylərə yardım etmir. Təşkilat münaqişə tərəflərini səyləri intensivləşdirməyə və münaqişənin həllini tapmağa çağırıb", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti