...

Dağlıq Qarabağda erməni separatçılarının qondarma "referendum"una etiraz olaraq Sankt-Peterburqda aksiya keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2006 19:22 (UTC +04:00)

Dağlıq Qarabağda erməni separatçılarının qeyri-qanuni "referendum" keçirməsinə etiraz olaraq Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan milli-mədəni muxtariyyətinin, diaspor fəallarının iştirakı ilə şəhərin "Şeremetyev" sarayında etiraz aksiyası keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Aksiyada 180 nəfərlik diaspor fəalları iştirak edib. Tədbirin əvvəlində Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda ermənilərin qondarma "referendum" keçirmələrinə etiraz bəyanatı səsləndirilib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov, Milli Mədəni Muxtariyyətin sədri V.Məmişov, onun müavini Ə.Salmanov, muxtariyyətin icraçı direktoru A.Qasımov, Avro-Asiya Gənclər Birliyinin Sankt-Peterburq bölməsinin sədri Andrey Şteynberq, Gertsen adına Sankt-Peterburq Pedoqoji Universitetinin dosenti F.Çələbi, Sankt-Peterburq Dövlət Texniki Universitetinin professoru F.Kəsəmənli və başqaları çıxış edərək erməni separatçılarının əməllərini pisləyiblər.

Tədbirin sonunda Qarabağla bağlı müxtəlif müzakirələr aparılıb, qəbul olunmuş bəyanat imzalanaraq nüfuzlu beynəlxalq qurumlara - BMT, ATƏT, Avropa Şurası, ATƏT-in Minsk qrupuna göndərilib.

Xəbər lenti

Xəbər lenti