...

ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Füzuli rayonunun icra başçısı ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2006 13:35 (UTC +04:00)

Bu gün ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndələrinin səhra köməkçiləri Piter Ki və Günder Folk Fizuli rayonunun Qaraxanbəyli kəndində monitorinq keçirərkən Füzuli rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb, erməni hərbiçilərinin atəşkəsi mütəmadi pozması haqqında məlumat alıblar. Trend in məlumatına görə, Füzuli RİH başçısı Nəbi Muxtarov səhra köməkçilərinə bildirib ki, erməni hərbi birləşmələri tez-tez atəşkəsi pozur, Azərbiycan Milli Ordusunu və cəbhə xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutur.

Qeyd edək ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndələrinin səhra köməkçiləri səhər saat 10 radələrində Füzuli rayonunda olub. Hazırda təmas xəttinin qarşı tərəfində olan ATƏT sədrinin səhra köməkçiləri ilə birgə monitorinq keçirirlər.

Xəbər lenti

Xəbər lenti