...

Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2006 14:49 (UTC +04:00)

Dekabrın 13-də Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Günter Folk aparıblar.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Miroslav Iımetal və Jaslan Nurtazin yerinə yetiriblər.

Xəbər lenti

Xəbər lenti