...

Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağda "konstitusiya referendumu"nun nəticələrini qəbul etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2006 13:05 (UTC +04:00)

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda "konstitusiya referendumu"nun keçirilməsi ilə bağlı bəyanatla çıxış edib. Bu barədə Trend ə AŞ Nazirlər Komitəsindən xəbər veriblər.

Bəyanatda deyilir ki, dekabrın 10-da Dağlıq Qarabağda təşkil olunmuş, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayan "konstitusiya referendumu"ndan sonra AŞ Nazirlər Komitəsinin rəhbərliyi ATƏT-in Minsk qrupunun və həmsədrlərinin Dağlıq Qarbağ münaqişəsinin həlli ilə bağlı cəhdlərində özünün tam dəstəyini bir daha təkrar edir.

Komitə narahatlıqla bildirir ki, bu cür "referendum"un keçirilməsi davam edən danışıqların nəticələrinə xələl gətirir və münaqişənin həllinə öz bəhrəsini verə bilməz. Komitə Avropa Şurasına daxil olarkən Ermənistan və Azərbaycan tərəfindən götürülmüş vəzifələrə müvafiq olaraq münaqişənin dinc yolla həllinə nail olmaq üçün cəhdləri artırmaq naminə marağı olan bütün tərəflərə müraciət edib.

Xəbər lenti

Xəbər lenti