...

İran XİN Dağlıq Qarabağda keçirilmiş "referendum" u pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2006 17:40 (UTC +04:00)

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd Əl Hüseyni işğal olunmuş Dağlıq Qarabağ ərazisində dekabrın 10-da keçirilmiş "referenduma" şərh verib. Bu barədə Trend İRNA-ya istinadən xəbər verir.

"İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, bu, bölgədə uzunmüddətli sülhün bərqərar olması prosesini ləngidir"- deyə o bəyan edib və qeyd edib ki "İran təkrar olaraq, Dağlıq Qarabağ barədə sülh danışıqlarında fəal olmağa hazır olduğunu ifadə edir".

Məhəmməd Əl Hüseyni ölkəsinin ümid etdiyini bildirib ki, danışıqlar demokratik atmosferdə davam edəcək və bölgədə uzunmüddətli sülhə gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti