...

Ermənistan Silahlı Qüvvələri gəbiristanlıqda məzar daşlarına da atəş açır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2006 12:53 (UTC +04:00)

Qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən Ağdam rayonunun Mürəşəlli kəndində vəziyyət acınacaqlıdır. Trend in bölgə müxbiri xəbər verir ki, kəndin gəbiristanlıq ilə Ermənistan ordu bölmələrinin arasındakı məsafə 100-150 metridir. Kənd sakinləri dünyasını dəyişən yaxınları üçün dəfn mərasimini axşam saatlarında fənar işığında keçirir, onları dəfn etmək üçün isə təqribən 200 metr uzunluqunda səngərlə aparıb torpağa tapşırırlar.

Qeyd edək ki, həmin səngəri 13 il bundan öncə qazıblar. Dünyasını dəyişənlərin məzarını ziyarət etmək qəbiristanlığa gedənlərə Ermənistan əsgərləri atəş açır. Sakinlər bildirir ki, erməni hərbi birləşmələri yaxınlarının məzarını müxtəlif silahlardan atılan mərmi ilə parça-parça edib.

Xəbər lenti

Xəbər lenti