...

Tərtər rayonunda PHS-lərintəmizlənməsi işlərinə başlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2006 12:54 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) apardığı təmizləmə işləri nəticəsində 25 ədəd QRAD, 2 ədəd 152 mm top mərmisi, 10 ədəd F1 tipli əl qumbarası aşkar edilib və zərərsizləşdirilib. Bu barədə Trend ə agentlikdən məlumat verilib.

Nazirlər Kabinetinin tapşırığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik sentyabrın 25-dən Tərtər ərazisində partlamamış minaların təmizlənməsi işlərinə başlayıb. Artıq 48 ev və bir məktəbdə təmizlənmə işləri aparılıb. Hazırda minalardan təmizlənmə üzrə əməliyyat 1 saylı məktəbdə aparılır, əməliyyat zamanı piyada əleyhinə mina və 10 ədəd əleyhqaz tapılıb.

Əməliyyatların gedişinə yerli icra hakimiyyəti orqanı nəzarət edir.

Xəbər lenti

Xəbər lenti