...

Ermənistanın baş naziri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların "dondurulması" Ermənistanın maraqlarına əsaslanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2006 11:57 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların "dondurulması" Ermənistanın maraqlarına əsaslanır. Bu fikri jurnalistlərə cümə günü Yerevanda Ermənistanın baş naziri, Respublika partiyasının lideri Andranik Markaryan bildirib. Bu barədə Trend Novosti-Armeniya agentliyinə istinadən xəbər verir.

"Bu zaman prosesin mahiyyəti belədir ki, o, süni "dondurulma" tələb etmir və bu proses öz-özünə baş verəcək. Mən hesab edirəm ki, Ermənistanın Milli Yığıncağına seçkilər ərəfəsində bu, bizim hamımıza lazımdır", - deyə o qeyd edib.

A.Markaryanın fikrincə, Ermənistanın Dağlıq Qarabağa göstərdiyi dəstək, hər şeydən əvvəl, Ermənistanın özünə lazımdır və məhz onun maraqlarına əsaslanır, belə ki, Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında olan zonadır.

"Bu kontekstdə mən Ermənistan prezidentinin mövqeyi ilə tamamilə razıyam", - deyə A.Markaryan bildirib.

Dekabrın 16-da Ermənistan prezidenti Robert Koçaryan bir sıra böyük respublika telekanallarına verdiyi müsahibəsində seçkiqabağı mübarizədə Qarabağ məsələsindən istifadəni ədəbsizlik adlandırıb.

"Ermənistanda elə adamlar var ki, onlar danışıqlar prosesinin Qarabağ probleminin nizamlanması məsələsi ilə alver etmək imkanı yaradacığını səbirsizliklə gözləyirlər. Hətta elə adamlar var ki, özlərini saxlaya bilmirlər və müxtəlif görüşlər zamanı birbaşa bildirirlər ki, Qarabağ məsələsinə görə prezident Koçaryan hansısa güzəştlərə getməyə məcbur olacaq və onlar bundan təşviqat kampaniyası zamanı istifadə edəcəklər", - deyə prezident bildirib və vurğulayıb ki, Milli Yığıncağa seçkilərə qədər fəal danışıqlar prosesi olmayacaq.

Xəbər lenti

Xəbər lenti