...

Qarabağ Azadlıq Təşkilatı Minsk qrupu həmsədrlərini ermənipərəst mövqe tutmaqda günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2007 13:18 (UTC +04:00)

"İşğalçı Ermənistanın xarici işlər naziri Iardan Oskanyanın son açıqlaması Minsk qrupu həmsədrlərinin ermənipərəst mövqe tutduğunu bir daha təsdiqlədi". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) fevralın 1-də yaydığı bəyanatındandır.

Bəyanatda vurğulanır ki, həmsədrlərin təklif etdikləri "Çərçivə sazişi" prinsipləri birmənalı şəkildə Ermənistanın maraqlarına uyğundur, bu təkliflər əsasında aparılan danışıqlar Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəldilib. Azərbaycanın ayrı-ayrı rəsmilərinin I.Oskanyanın açıqlamalarına şərh vermək cəhdləri isə daha çox uğursuz xarici siyasətə bəraət qazandırmaq istəyi kimi dəyərləndirilə bilər.

QAT hakimiyyətdən Azərbaycanın maraqlarına zidd olan danışıqları dərhal dayandırmağa və ölkəmizi təslimçi sülhə təhrik edən həmsədrlərin üzdəniraq vasitəçilik missiyasından imtina etməyə çağırır: "Beynəlxalq təşkilatların ədalətsiz mövqeyi, Minsk qrupu həmsədrlərinin ermənipərəst fəaliyyəti bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz torpaqlarını yalnız hərbi yolla işğaldan azad edə bilər"-deyə sonda vurğulanır.

Xəbər lenti

Xəbər lenti