...

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı 10 yataqxanada təmir işləri başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2007 18:06 (UTC +04:00)

Bu günə kimi Gəncədə məcburi köçkünlərin məskunlaşdığı 28 yataqxananın 10-da təmir işləri sona çatıb. Bu barədə məlumatı Trendə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin Gəncə şəhər üzrə nümayəndəsi S. Abbasov verib.

Müsahib bildirib ki, bu ilin sonuna kimi məcburi köçkünlərin məskunlaşdığı yaşayış evlərində infrastrukturla bağlı problemlər həll olunacaq. Süleyman Abbasovun sözlərinə görə hazırda Azərbaycan Texnologiya Universitetinin 1 və 2 saylı yataqxanası, Telekomunikasiyanın nəznində olan uşaq bağçası, 3 saylı Lisey, Hacıkənddə məktəb binası, Müəllimlər institutunun və Alüminium zavodunun yataqxanasında təmir işləri davam etməkdədir.

"Sözügedən yaşayış obyektlərdə yalnız dam örtüyü, kanalizasiya və elektrik xətləri təzələnir. Təmir işləri prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamında məcburi köçkünlərin məskunlaşdığı yaşayış obyektlərində 2005-2006-cı illər ərzində təmir-tikinti işlərinin aparılması qərarına əsasən həyata keçirilir. Təmir işlərinin 2006-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulmuşdu. Lakin maddi problemlər səbəbindən işlərin sona çatdırılıması 2007-ci ilin sonunda başa çatacaq".

Məlumat üçün bildirək ki, sözügedən sərəncama əsasən respublika üzrə təmir olunacaq 268 iyaşayış yerinin 28-i Gəncə şəhərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti