...

Millət vəkili Asim Mollazadə: "Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanın Transxəzər qaz kəmərinə qoşulması mümkün deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2007 15:26 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanın Transxəzər qaz kəmərinə qoşulması mümkün deyil." Bu sözləri Trend ə açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan parlamentdə çıxışı zamanı bildirib ki, rəsmi İrəvan Transxəzər qaz kəmərinə qoşulmaq məsələsini araşdırır.

Asim Mollazadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycanın iştirakı ilə reallaşdırılan layihələrə Ermənistanın qoşulması mümkün deyil.

Millət vəkili vurğulayıb ki, son illərdə bir sıra neft və qaz layihələri həyata keçirilsə də Ermənistan bu prosesdən kənarda qalıb.

"Təbii ki, bu Transxəzər layihəsinə də aiddir. Ermənistan işğal etdiyi əraziləri boşaltmayana və təcəvüzkar siyasətinə son qoymayana qədər Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrdən kənarda qalacaq", -deyə A.Mollazadə vurğulayıb.

Onun fikrincə V.Oskanyanın belə bir açıqlama ilə çıxış etməsinin səbəbləri var. Çünki indi Ermənistanda peşmançılıq əhval-ruhiyəsi yaranıb: "Həyata keçirilən işğalçılıq siyasəti nəticəsində Ermənistanın izaliyasiyaya düşdüyünü əhalinin böyük bir hissəsi anlayır. Çünki həyata keçirilən işğalçılıq siyasətindən ən çox ziyan çəkən Ermənistan vətəndaşlarıdır. Vardan Oskanyan belə bir yalnış bəyanat səsləndirməklə Ermənistan ictimaiyyətini sakitləşdirməyə çalışır."

A.Mollazadə deyib ki, Azərbaycanın razılığı olmadan heç bir ölkə Transxəzər kəmərini Ermənistandan keçirə bilməz: "Heç bir dövlət Ermənistanın xatirinə öz maraqlarını qurban verməyəcək."

Xəbər lenti

Xəbər lenti