...

Qoran Lenmarker Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2007 15:30 (UTC +04:00)

Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində fevralın 7-də Azərbaycana gələn ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarker bu gün Milli Məclisdə Azərbaycanın ATƏT parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, Qoran Lenmarkerin bu munaqişə ilə bağlı hazırladığı məruzə və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edir. Nümayəndə heyətinə millət vəkilləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, Musa Quliyev, Fəttah Heydərov və Fazil Mustafayev daxildir.

Xəbər lenti

Xəbər lenti