...

Azərbaycanlı hərbi əsir: Mənim haqqımda pis şeylər fikirləşməyin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2007 17:15 (UTC +04:00)

Məmmədovlar ailəsi erməni əsirliyindəki Azərbaycan milli ordusunun hərbi qulluqçusu olan oğullarından ikinci məktubu alıb. Bu barədə Trend ə hərbi qulluqçunun doğma əmisi Vidadi Məmmədov bildirib.

Onun sözlərinə görə, Samirin hərbi əsirlikdə olduğu 46 gün ərzində ikinci məktubunu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi nümayəndələri təqdim edib. V.Məmmədovun sözlərinə görə, məktub 3 cümlədən ibarətdir, Samir yazır ki, yaxşıdır, səhhətində də heç bir problem yoxdur. V.Məmmədov bildirib ki, Samir həmçinin yazıb ki, "mənim haqqımda pis şeylər fikirləşməyin".

Bununla yanaşı, Samirin doğmaları onun səhhəti ilə bağlı heç bir problem olmamasına şübhə ilə yanaşırlar. Daha bir təəccüb doğuran məsələ odur ki, ailənin 4 məktubuna yalnız iki cavab verilib.

Samir Məmmədov 2006-cı il dekabrın 23-də əsir düşüb. Kiçik serjant Azərbaycanın Qazax rayonunun sərhəd hissələrindən birində xidəmt edib. O, hərbi hissədən 15 km aralı, Qazax və İcevan (Ermənistan) rayonları sərhədində neytral ərazidə əsir duşub. S.Məmmədov Ermənistanın paytaxtı Yerevanda saxlanılır.

Xəbər lenti

Xəbər lenti