...

Ermənistan silahlı qüvvələri iki istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2007 17:22 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri (SQ) fevralın 8-nə keçən gecə Azərbaycan SQ ilə təmas xəttində birdən-birə iki istiqamətdə atəşkəs rejimini pozublar. Bu barədə Trend in bölgə müxbiri xəbər verir.

Saat 02.30-dan təxminən yarım saat ərzində işğal altında olan Cəbrayıl rayonunun Mehdili kəndindən və Füzuli rayonunun Aşağı Əbdürəhman kəndindən avtomatlardan atəş açılıb. Atışma Azərbaycan ordusunun qarşıda yerləşən mövqeləri istiqamətində olub.

Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti