...

Dünya Azərbaycanlılarının Beynəlxalq Qarabağ Forumu Azərbaycan ictimaiyyətini ortaq mövqe göstərməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2007 18:44 (UTC +04:00)

"Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq təşkilatar tərəfindən təklif olunan yeni ideyaların müzakirəsi və Azərbaycan ictimaiyyətinin bu ideyalarla bağlı ortaq mövqeyinin müəyyən edilməsi lazımdır". Trend in məlumatına görə, bu fikirlər Dünya Azərbaycanlılarının Beynəlxalq Qarabağ Forumunun fevralın 12-də yaydığı bəyanatındandır.

Dünya Azərbaycanlılarının Beynəlxalq Qarabağ Forumu yaxın gələcəkdə bu məqsədlə toplantı keçirilməsini məqəsədəuyğun sayır və Azərbaycan ictimaiyyətini müzakirələrə fəal şəkilə qoşulmağa çağırır. Forum hesab edir ki, Azərbaycan ictimaiyyətinin ortaq mövqeyi Qarabağın gələcək statusunun müəyyən olunmasında əhəmiyyətli rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti