...

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsi nümayəndələrinin regiona səfər müddəti və elementləri hələ dəqiqləşdirilməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2007 20:53 (UTC +04:00)

AŞPA-nın Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağa yalnız Azərbaycanın razılığı ilə səfər edə bilər. Bu barədə Trend ə əsasən, bu gün AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitənin işğal altında olan ərazilərə səfəri ilə bağlı qərarı şərh edərkən AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyan edib.

O, qeyd edib ki, gözlənilən səfər AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin son iclasında müzakirə edilib və bütün tərəflər yekdilliklə bu təşəbbüslə razılaşıb.

S. Seyidov əlavə edib ki, səfərin müddəti və elementləri hələ dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti