...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2007 16:02 (UTC +04:00)

Torpaqlarımızı işğal etmiş Ermənistan silahı qüvvələri qoşunların təmas xəttində atəşkəsi yenidən pozub. Trendin bölgə müxbirinin verdiyi məlumata görə, erməni hərbi birləşmələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindən bu gün səhər saat 09:30 radələrindən başlayaraq Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat silahlardan bir saat ərzində qısa fasilələrlə atəşə tutub. Cəbhə bölgəsində yerləşən hərbçilərimiz cavab atəşi ilə düüşməni susdurub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti