...

S.Məmmədovun qohumları hesab edir ki, yalnız ermənilərin təzyiqi onu üçüncü ölkəyə keçməyə razı olmağa məcbur edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2007 12:46 (UTC +04:00)

Əgər hərbi əsir Samir Məmmədov həqiqətən üçüncü ölkəyə keçməyə razılıq veribsə, o zaman bunu ermənilərin təzyiqi altında edib. Bu barədə Trend ə S.Məmmədovun əmisi Vidadi Məmmədov məlumat verib.

V.Məmmədovun sözlərinə görə, o, qardaşı oğlunun başqa ölkəyə verilməyə razı olduğuna inanmır, belə ki, S.Məmmədov Azərbaycanı çox sevir.

"İstisna olunmur ki, Samirə psixoloji təzyiq ediblər", - deyə əmisi bildirib.

Bununla yanaşı, Əsir, girov və itkin düşənlərin məsələləri üzrə Dövlət komissiyasından bildirilib ki, hərbi əsirə qarşı zorakılıq və təzyiqin edilməsi yalnız S.Məmmədovun Azərbaycana verilməsindən sonra aydın olacaq.

Hələ ki, bunlar yalnız fərziyyələrdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidmətində isə qohumların fərziyyələrinə şərh verməkdən imtina ediblər və bildiriblər ki, BQXK iki tərəfin danışıqlarında yalnız vasitəçi rolunu oynayır.

Qeyd edək ki, fevralın 19-da S.Məmmədovun anası Təranə Məmmədova BQXK vasitəsilə oğluna növbəti məktubunu göndərmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti