...

"Xocalı soyqırımı: milyon imza – bir tələb" kitabının təqdimat mərasimi keçirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2007 12:27 (UTC +04:00)

Fevralın 19-da "Hyatt Regency" otelində Azərbaycanda Iətəndaş Cəmmiyyətinin Inkişafına Yardım Assossiasiyası (AVCİYA) Xocalı faciəsinin 15-ci ildönümünə həsr etdiyi "Xocalı soyqırımı: milyon imza - bir tələb" kitabının təqdimat mərasimini keçirir. Trend in məlumatına görə, mərasimdə hökümət nümayəndələri, millət vəkilləri, alimlər, ziyalılar, QHT rəhbərləri və digər qonaqlar iştirak edirlər.

AVCİYA-nın vitse-prezidenti Iəli Əlibəyov kitab haqqında məlumat verərək, nəşrdə 1992-ci il 26 fevralda baş vermiş Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, hüquqi sənədlər, həmçinin Qarabağın tarixi, erməni millətçilərinin illər boyu törətdikləri terror aktları barədə materriallar öz əksini tapib. AICİYA-nin digər nümayəndələri Müslüm Məmmədov, Kamil Səlimov, Musa Yaqub çıxışlarında bu tədbirin Xocalı ilə bağlı ənənəvi kampaniya olmadığını, faciənin bütün dünyada soyqırım kimi tanınmasını tələb edildiyini vurğulayıblar. Qeyd olunub ki, "Xocalı soyqırımı: milyon imza - bir tələb" və 16 cilddə toplanan milyon nəfərin imzası beynəlxalq təşkilatlara, bir çox ölkələrin parlametlərinə və milli kitabxanalarına göndəriləcək. Bu kitabın təqdimat mərasimi fevralın 26-da Haaqa şəhərində, mart ayında isə Sankt-Peterburq, İstanbul, sonra isə ABŞ, Almaniya, Belçika, Fransa, Sloveniya, Bolqarıstan və başqa ölkələrdə keçiriləcək. AVCİYA Xocalı faciəsinin başqa ölkələrin parlamentlərin müzakirəsinə çıxarılmasına çalışacaq.

Professor, millət vəkili Yaqub Mahmudov və digər tarixçi-alimlər, ekspertlər Qarabağın həqiqi tarixi, ermənilərin 1828-ci ildən başlayaraq bu torpaqlara köçürülməsi, qondarma erməni iddiaları, düşmənlərimizin illərlə tarixi saxtalaşdırmaq cəhdləri, həmçinin 1988-ci ildən başlanan ermənilərin sonuncu etnik təmizləmə siyasəti, işğal və terroru barədə danışıb, fikirlərini faktlarla əsaslandırıblar.

Xəbər lenti

Xəbər lenti