...

Milyon nəfər Azərbaycan vətəndaşı öz imzası ilə Xocalı soyqırımının dünyada tanınmasını tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2007 14:09 (UTC +04:00)

Milyon nəfər Azərbaycan vətəndaşı öz imzası ilə Xocalı soyqırımının dünyada tanınmasını tələb edir. Trend in məlumatına görə, fevralın 19-da keçirilən "Xocalı soyqırımı: milyon imza - bir tələb" kitabının təqdimat mərasimində Xocalı soyqırımının dünya ölkələrinin parlamentləri, dövlət orqanları tərəfindən soyqırım kimi tanınması, Xocalı sakinlərinin işğalçı Ermənistanı bu cinayətlərə görə beynəlxalq məhkəməyə verməsi kimi tələblər səsləndirilib.

Politoloq Vəfa Quluzadə qeyd edib ki, Xocalı sakinlərinin erməni canilərindən məhkəmələrə şikayət verməsi, aldıqları maddi, mənəvi zərbələrə görə Ermənistandan təzminat tələb etməsi üçün hüquqşünaslar onlara yardım göstərməli, bunun üçün Azərbaycan höküməti hüquqşünaslar qarşısında tapşırıq qoymalıdır. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, ermənilər bütün tarix boyu addım-addım, hissə-hissə Azərbaycan torpaqları mənimsəyiblər, hətta elə bir il olmayıb ki, müxtəlif bəhanələrlə 5-6 metr əraziyə sahib çıxmasınlar.

Toplantıda o da qeyd olunub ki, Xocalı soyqırımında günahkar olan erməni caniləri ilə bərabər, bəzi rusiyalı general və deputatlar da indiyə qədər məsuliyyətdən kənarda qalıblar. Həmçinin Xocalı ilə bağlı erməniləri ifşa edəcək bəzi tutarlı faktlar hələ tam rəsmiləşdirilməyib. AVCİYA-nın Xocalı soyqırımının tanıdılması üçün başladığı kampaniyaya bəzi ölkələrdə yaşayan Azərbaycan diasporu da qoşulub.

Xəbər lenti

Xəbər lenti