...

Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2007 12:42 (UTC +04:00)

Fevralın 20-də saat 05.35-dən 06.15-ə qədər olan müddət ərzində Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun Yusifcanlı kəndindən 2,5 km aralıda işğal altında olan ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti