...

Böyük Britaniya parlamentində Xocalı soyqırımının tanınması haqqında çağırışlar səslənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində Böyük Britaniyanın Lordlar Palatasında həmin faciəyə həsr olunmuş müzakirələr keçirilib. Tədbirin təşəbbüsçüsü qismində Azərbaycanın Böyük Britaniyadakı səfirliyi çıxış edib. Səfirlikdən verilən məlumata görə, Azərbaycanın həmin ölkədəki səfiri Rafael İbrahimov iştirakçılara Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və Azərbaycan xalqına qarşı erməni təcavüzünün nəticələri haqqında məlumat verib. Xocalı faciəsinin 15-ci ildönümü ərəfəsində səfir milyondan çox qaçqın və məcburi köçkünlərə, uşaq, qoca və qadınlar da daxil olmaqla, minlərlə həlak olan və zərər çəkənlərin olmasına səbəb olan erməni silahlı qüvvələrinin Azərbaycan əhalisinə qarşı törətdiyi hərəkətlərdə ətraflı şəkildə dayanıb. O, Böyük Britaniyanın siyasi dairələrini və ictimaiyyətini Xocalı soyqırımına laqeyd qalmamağa çağırıb. Səfir dünya ölkələrinin parlamentləri tərəfindən Xocalı soyqırımının tanınmasında Böyük Britaniya parlamentinin yardımının əhəmiyyətini qeyd edib. R.İbrahimov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının tərəfdarı olduğunu bir daha təsdiq edib.

Baronessa O Koxoyn və Devid Barçxord öz çıxışlarında Böyük Britaniyanın Lordlar Palatasının digər üzvlərini Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. Parlament üzvləri Avropa Birliyini Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərinə etinasızlıqda günahlandırıb və dünya ictimaiyyətini bu kateqoriyadan olan şəxslərin problemlərinə daha çox diqqət ayırmağa çağırıblar.

Xəbər lenti

Xəbər lenti