...

Xocalı soyqırımı reallıqları Macarıstan ictimaiyyətinə təqdim olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2007 11:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondu və Azərbaycanın Macarıstandakı səfirliyi erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş faciəvi hadisəyə həsr olunmuş xatirə gecəsi təşkil edəcək. Azərbaycanın Macarıstandakı səfirliyinin birinci katibi Nigar Əfəndiyevanın məlumatına əsasən, mərasim fevralın 26-da Budapeştin mədəniyyət mərkəzində keçiriləcək. Mərasim Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı soyqırımı" filminin nümayişi ilə başlayacaq. Mərasimə dəvət olunanlar erməni şovinistlərinin Xocalıdakı vəhşiliklərini əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici dövlətlərin aparıcı nəşriyyatlarında nəşr olunmuş Xocalı faciəsinə aid olan materiallarla tanış olacaq. Bu tədbirdə Heydər Əliyev Fondu tərəfindən ümumtəhsil məktəbləri və uşaq evləri şagirdləri arasında keçirilmiş "Xocalı uşaqların gözü ilə" şəkil müsabiqəsindən seçilmiş ekspozisiyalar da təqdim olunacaq.

Tədbirdə həmçinin "Qarabağ həqiqəti" məcmuəsinin geniş ictimaiyyətə çatdırılması planlaşdırılıb. Xatirə gecəsinə ölkənin rəsmi dairəsinin, diplomatik korpusun nümayəndələri və KİV dəvət olunub. Diplomatın məlumatına əsasən, Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı səfirlik 500 ünvana çatdırılacaq xüsusi press-relizləri yaymağı planlaşdırıb.

Xocalı faciəsi diaspora təşkilatları tərəfindən də qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti