...

Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 15- ci ildönümü ilə bağlı tədbir keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2007 15:12 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/ Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı tədbir keçirir. Səfirlikdən verilən məlumata əsasən, fevralın 26-da səfirliyin iştirakı ilə Marneuli rayonunda və Tiflisdə Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş faciənin ildönümünə həsr olunmuş matəm mərasimləri keçiriləcək. Mərasimdə iştirak etmək üçün Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri, Gürcüstan Parlament və Hökumət, Gürcüstandakı diplomatik missiyaların nümayəndələri dəvət olunub.

Tədbirlər çərçivəsində Marneuli şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xocalı qurbanlarına həsr olunmuş foto sərgi və Fond tərəfindən hazırlanmış "Xocalı - bir şəhərin faciəsi" filminin təqdimatı təşkil edəcək.

Fevralın 26-da Tiflis şəhərində K.Marcanişvili adına Dövlət Dram Teatrında Heydər Əliyev Fondu tərəfindən hazırlanıb təqdim olunmuş "Xocalıda soyqırım" foto sərgisinin, məşhur Azərbaycan rəssamı Fuad Qafarovun əsərlərindən ibarət olan sərginin nümayişi və Xocalı faciəsinin əks olunduğu sənədlərə istinadən Tiflis Dövlət Azərbaycan Dram Teatrının "Xocalı - torpaq harayı" teatr kompozisiyasının premyerası planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti