...

Qarabağ bölgəsində Xocalı soyqırımının 15-ci ildönümü qeyd olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bərdə /müxbir Trend Ş.Cəliloğlu/Erməni hərbi birləşmələrinin vəhşicəsinə törətdiyi Xocalı soyqırımının 15-ci ildönümünün anım mərasimi Qarabağ bölgəsində də qeyd olunub. Belə ki, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarında da anım günü keçirilib. Rayonların hər birində ilk öncə şəhidlər abidəsi ziyarət edilib, iclas tədbirində erməni faşistlərinin xalqımızın başına gətirdiyi dəhşətli hadisələrdən danışılıb, bu faciənin heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəyini bildirilib. Tədbirdə qeyd olunub ki, bütün dünya bu soyqırımı tanımalıdır. Hər bir rayonun ümümtəhsil orta məktəbində ilk dərslər Xocalı faciəsinə həsr olunub, faciə ilə əlaqədar inşa müsabiqəsi keçirilib. Müsabiqənin qalibinə isə müxtəlif mükafatlar veriləcək.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet imperiyasının Xankəndində saxlanılan 366-cı alayının hərbi ağır zirehli texnikanın köməyi ilə Xocalı şəhərinə daxil olaraq 613 nəfəri qətlə yetirib. Bunlardan 62 -si uşaq, 106 -sı qadın, 70 -i qocadır, 8 ailə isə tamamilə məhv edilib. Hadisələr bununla yekunlaşmayıb. Erməni daşnaqları Xocalıya hücüm zamanı 487 nəfəri yaralayıb, 1275 nəfəri əsir götürüb, 150 nəfər isə itgin düşüb.

Xəbər lenti

Xəbər lenti