...

Şon Makkormak: ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Xocalı faciəsinə görə təəssüfləndiyini bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2007 12:54 (UTC +04:00)
Şon Makkormak: ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Xocalı faciəsinə görə  təəssüfləndiyini bildirib

Azərbaycan, Bakı / Trend A.Qasımova / ABŞ 15 il əvvəl Xocalıda baş verən faciəyə görə təəssüfləndiyini bildirib və mülki əhaliyə istənilən hücumu pisləyib. Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin mətbuat katibi Şon Makkormak brifinqdə ABŞ-ın Azərbaycanlı icmasının ABŞ-ın dövlət katibi Kondoliza Raysa göndərdiyi məktuba Amerika administrasiyasının reaksiyası ilə bağlı suala cavab verərkən bildirib.

"Biz faciə qurbanlarının ailə və yaxınlarına öz başsağlığımızı göndərdik. Gələcəkdə bu cür itkilərin qarşısını almaq üçün Qarabağ münaqişəsinin sülh və ədalətlə həll olunması çox mühümdür. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır", - deyə diplomat bildirib.

"ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ATƏT Minsk qrupunun üç həmsədrindən biri kimi nizamlanma işinə sadiq qalır", - deyə Şon Makkormak vurğulayıb.

Xəbər lenti

Xəbər lenti