...

ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri Füzuli rayon İcra Hakimiyyətində olublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri bu gün Füzuli rayonunda monitorinq keçirən zaman ilk öncə Füzuli rayon İcra Hakimiyyətində olublar. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarovun məlumatına görə, ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri bu gün saat 11:20 radələrində İcra Hakimiyyətində olublar və müəyyən danışıqlar zamanı səhra köməkçiləri icra başçısından Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması haqqında xəbər alıb. N.Muxtarov isə bildirib ki, Ermənistan ordusunun birləşmələri cəbhəyani kəndləri və Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini tez-tez atəşə tuturlar. Saat 12:20 radələrində isə ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri icra hakimiyyətini tərk ediblər.

Qarşı tərəf ilə hazırda monitorinq davam edir.

Bu saata qədər isə heç bir insident qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti