...

Erməni hərbçiləri cəbhənin Ağdam istiqamətində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan ordusunun birləşmələri qoşunların təmas xəttində atəşkəsi yenidən pozub. Erməni hərbi birləşmələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindən saat 18:00 radələrində 10 dəqiqəyə yaxın və işğal altında olan Yusifcanlı kəndindən 23:20 radələrində isə 1 saata yaxın ordumuzun mövqelərini avtomat silahlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti