...

Azərbaycan politoloqları Rusiya prezidentinin DQ münaqişəsinin həllində Kosovo presedenti barədə bəyanatını şərh edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2007 14:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan politoloqları Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllində Kosovo presedenti barədə bu yaxınlardakı bəyanatını şərh edib. "Rusiya bütün dünyaya nümayiş etdirmək istəyir ki, onun iştirakı olmadan Balkanlarda vəziyyət həll oluna bilməz, əks halda postsovet məkanında münaqişələri öz bildiyi kimi həll edəcəyi ilə hədələyir". Bu barədə Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllində Kosovo modelinin presedent olması barədə bəyanatını şərh edən azərbaycanlı politoloq Rasim Musabəyov bəyan edib. Politoloq hesab edir ki, Moskva istənilən paylaşdırmada qazanmaq istəyir. "Rusiyanın hədəsi ABŞ-a qarşı yönəlib", digər azərbaycanlı politoloq Vəfa Quluzadə hesab edir. ABŞ və Avropa ölkələri hesab edir ki, Kosovo Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz. Bu xüsusi haldır, deyə politoloq bildirib. Rusiya isə Kosovoya müstəqillik statusunun təqdim olunmasıınn əlyehinədir və Serbiyanın zəifləməsini istəməyərək Kosovoya müstəqillik statusu təqdim ediləcəyi təqdirdə Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə hədələyir, deyə politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti