...

İşğal altında olan ərazilərimizdə güclü partlayış səsi eşidilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bərdə /müxbir Trend Ş.Cəliloğlu/Bu gün saat 12:00 radələrində Ağdam rayonunun işğal altında olan Köçətmə Birliyi adlanan ərazisində güclü partlayış səsi eşidilib. Cəbhəyanı kənd sakinlərinin sözlərinə görə, partlayışın səsi ağır artileriyadan atılan mərmilərin səsinə bənzəyib. Kənd sakinləri onu da qeyd edib ki, güclü partlayış səsi qoşunların təmas xəttinə yaxın yerləşən ərazilərdə torpaq titrəməsi əmələ gətirib. Nəticədə təmas xəttinə yaxın yerləşən kəndlərin bir neçə evlərində çatlar əmələ gəlib.

Xəbər lenti

Xəbər lenti